Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ABŞ-ın yəhudi icmasının nümayəndələri Azərbaycanda səfərdədirlər
29.09.11 15:02

ABŞ-ın yəhudi icmasının nümayəndələri Azərbaycanda səfərdədirlər. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, ABŞ-ın yəhudi icmasının fəal nümayəndələrindən olan Dafna Zimanın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Daha sonra nümayəndə heyəti Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin məzarını ziyarət edib. Nümayəndə heyətinin rəhbəri D.Ziman Bakıda səfərdə olduqları müddətdə Azərbaycan hökumətinin və Milli Məclisin nümayəndələri ilə görüşlərinin planlaşdırıldığını bildirib.
URL / WWW
http://kelam.az/article/a-4670.html