Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycan haqqında bələdçi kitabın ərəb dilində nəşr olunması haqda müqavilə imzalanıb
29.09.11 13:02

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Birləşmiş Ərəb Əmirliklərinin “Explorer Publishing & Distribution” nəşriyyatının icraçı direktoru Alisteyr Makkenzi ilə Azərbaycan haqqında olan “Baku Mini Visitors’ Guide” adlı bələdçi kitabının ərəb dilində də hazırlanması və nəşr olunması üçün müqavilə imzalayıb. Nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu layihə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və bir sıra xarici nəşriyyat evlərinin iştirakı ilə “Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində həyata keçirilir. Xatırladaq ki, bu gün həmin kitabın ingilis dilində nəşrinin təqdimatı keçirilib və təqdimatda mədəniyyət və turizm naziri Ə.Qarayev də iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-4669.html