Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Əbülfəs Qarayev Azərbaycan haqqında 2 bələdçi kitabın təqdimatında olub
29.09.11 14:02

Ümumdünya Turizm Gününə həsr olunmuş tədbirlər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Explorer Publishing & Distribution” nəşriyyatı tərəfindən çap olunan “Azerbaijan-Live Work Explore” və “Baku Mini Visitors’ Guide” adlı bələdçi kitabların təqdimat mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, təqdimat mərasimində nazir Əbülfəs Qarayev Azərbaycanın mənsub olduğu zəngin mədəniyyəti, tarixi, adət-ənənələri və turizm potensialını əks etdirən bu bələdçi kitabların ölkəmizin beynəlxalq aləmdə təbliğ olunması üçün faydalı olacağına əminliyini bildirib: “Bu layihənin həyata keçirilməsi üçün dünyanın müxtəlif nəşriyyat evlərinə göndərilən müraciətlərə ilk olaraq müsbət cavab verən nəşriyyatlardan biri məhz “Explorer Publishing & Distribution” nəşriyyatı olub. Başlanan işin davamı olaraq ərəb dilində “Baku Mini Visitors’ Guide” kitabının hazırlanması üçün “Explorer Publishing & Distribution” nəşriyyatı ilə müzakirələr aparılacaq”.Qeyd edək ki, mərasimdə iştirak edən “Explorer Publishing & Distribution” nəşriyyatının icraçı direktoru A.Makkenzi bu layihənin həyata keçirilməsi üçün “Explorer Publishing & Distribution” şirkətinin seçilməsinə görə Mədəniyyət və Turizm Nazirliyinə və şəxsən Ə.Qarayevə öz dərin təşəkkürünü bildirdi. Qonaq müvafiq danışıqlardan sonra bağlanmış müqavilə əsasında iki ilə yaxın müxtəlif işlər görüldüyünü, bu müddət ərzində kitabın müəllifləri, fotoqrafları, xəritəçəkənləri Azərbaycana səfər etdiklərini və bu işin nəticəsi olan nəfis tərtibatlı bələdçi kitabların nəşr olunduğunu qeyd edib. Xatırladaq ki, bu layihə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və bir sıra xarici nəşriyyat evlərinin iştirakı ilə “Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiyanın “Vokruq sveta”, Fransanın “Mondeos”, Birləşmiş Krallığın “Bravo Ltd” və “Filmer Limited” nəşriyyatları tərəfindən Azərbaycanı təbliğ edən bələdçi kitablar hazırlanaraq, müxtəlif ölkələrdə satışa çıxarılıb.
URL / WWW
http://kelam.az/article/a-4668.html