Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Milli Məclisin birinci iclasında 27 məsələ müzakirə olunacaq
29.09.11 14:02

Milli Məclisin sentyabrın 30-da keçiriləcək birinci iclasının gündəliyinə 27 məsələ daxildir. “KƏLAMİNFO” xəbər verir ki, bunları qurumun mətbuat katibi Akif Təvəkküloğlu keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, birinci iclasda payız sessiyasının gündəliyi təsdiqlənəcək. “Həmçinin Azərbaycan hökuməti ilə bir sıra hökumətlər arasında imzalanmış 14 hökumətlərarası saziş təsdiqlənəcək. Eləcə də Cinayət Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsinə, “Konstitusiya Məhkəməsi haqqında”, “Dövlət rüsumu haqqında” “Daşınmaz əmlakın qeydiyyatı haqqında”, “Sosial sığorta haqqında”. “Məşğulluq haqqında” və sair qanunlara dəyişikliklərin əks olunduğu layihələr müzakirəyə təqdim olunacaq” - deyə mətbuat katibi vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-4666.html