Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisin payız sessiyasının qanunvericilik planına 18 məsələ daxildir
29.09.11 14:02

Milli Məclisin payız sessiyasının qanunvericilik işlər planına 18 məsələ daxildir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə parlamentin bu il payız sessiyasının açılışına həsr olunmuş mətbuat konfransında qurumun mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib. O qeyd edib ki, bu rəqəmin dəyişməsi gözlənilir və qanunvericilik təşəbbüsü əsasında sessiya dövründə parlamentə xeyli sayda qanun layihəsi daxil olur ki, bu da sayın artmasına şərait yaradır. “Payız sessiyası çərçivəsində Azərbaycanın dövlət büdcəsi zərfinə daxil olan sənədlərə baxılacaq. Sessiyada xeyli sayda yeni qanun layihəsi müzakirəyə təqdim olunacaq. Məsələn, Şəhərsalma və Tikinti Məcəlləsi birinci, Rəqabət Məcəlləsi üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Bunlardan başqa, “Təhsil krediti haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi haqqında”, “Ali təhsil haqqında”, “Elm siyasəti haqqında”, “Bələdiyyələrin hesabatı haqqında”, “Mədəniyyət haqqında”, “Muğam sənəti haqqında”, “Pasiyentin hüquqlarının qorunması haqqında” qanun layihələri (birinci oxunuş), “Sosial xidmət haqqında” qanun (ikinci oxunuş), “Həbs yerlərində saxlanılanların hüquq və vəzifələri» qanun layihələrinin (üçüncü oxunuş) müzakirəyə çıxarılması planlaşdırılır” - deyə o vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-4665.html