Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » “Regionlarda texniki-peşə təhsilinin inkişafına dəstək” layihəsi yekunlaşdırılır
28.09.11 20:08

Gənclər üçün Təhsil Mərkəzi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda texniki-peşə təhsilinin inkişafına dəstək” layihəsini başa vurmağa hazırlaşır. Bu barədə “KƏLAMİNFO”ya Mərkəzin mətbuat xidmətindən məlumat verilib. 6 ay davam edən layihə ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun regionlarda peşə ixtisas kadrlarına yaranan tələbatının ödənilməsi, habelə əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli texniki peşə təhsili sisteminin formalaşdırılmasına xidmət etməyi, gənclərdə peşə təhsilinə həvəs oyatmağı və texniki-peşə təhsilinin nüfuzunun qaldırılmasını nəzərdə tutub. Bir neçə mərhələdən ibarət olan layihə çərçivəsində texniki peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, region gənclərində texniki peşə təhsilinə həvəsin oyadılması, texniki peşə təhsilinin inkişafında beynəlxalq təcrübənin öyrənilməsi, texniki peşə təhsilli mütəxəssislərlə müvafiq biznes qurumları arasında əməkdaşlığın yaradılması və texniki peşə təhsili ilə bağlı normativ hüquqi aktlar bazasının formalaşdırılması istiqamətində fəaliyyətlər həyata keçirilib. Beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində əsasən Avropa ölkələrinin texniki-peşə təhsili istiqamətində konsepsiyaları, gördükləri işlər, əldə etdikləri uğurlar və s. haqqında öyrənilərək, ölkəmizdə tətbiq edilməsi üçün təkliflər hazırlanmaqdadır. Layihənin rəhbəri Rasim Ağayevin verdiyi məlumata əsasən, artıq layihə öz uğurlu nəticələrini verir: “Paytaxt Bakıdan, eləcə də regionlardan müxtəlif işsiz gənclər və abituriyentlər texniki-peşə təhsili almaq üçün hansı addımların atıldığını, hansı sənədlərin tələb olunduğunu, hansı qurumlara müraciət edildiyini öyrənmək üçün məsləhət saatlarımıza gəlirlər” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4663.html