Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycanda turizm və rekresiya zonaları yaradılacaq
28.09.11 20:08

Turizm və rekresiya zonalarının yaradılması istiqamətində müvafiq yer quruluşu planı xəritələri hazırlanıb. “KƏLAMİNFO”nun məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin rəhbəri Aydın İsmiyev deyib. Onun sözlərinə görə, plan təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim olunub: “Ölkəmizə turizm axının artırılmasında və davamlı turizmin yaradılmasında əsas amil kimi bu məsələ nazirliyin Dövlət Proqramının icrası çərçivəsində həyata keçirdiyi əsas istiqamətlərdən biridir. Turizm və rekresiya zonalarının ümumi Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli Fərmanı ilə təsdiq edilib”. A.İsmiyevin sözlərinə görə, nazirliyin mütəxəssisləri “Azərbaycan Respublikasının Turizm haqqında Qanun”un yeni layihəsini hazırlayıblar: “Layihə müvafiq dövlət qurumları ilə razılaşdırılması məqsədilə aidiyyəti üzrə təqdim edilib”.
URL / WWW
http://kelam.az/article/a-4662.html