Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Elçin Əfəndiyev: “Bakıda beynəlxalq kitab sərgisinin keçirilməsi təqdirəlayiqdir”
28.09.11 20:08

“Azərbaycanda müstəqillik əldə edildikdən bəri bir çox sərgilər keçirilib, lakin bunların içərisində ən vacibi kitab sərgi-yarmarkasıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bunu İkinci Bakı Beynəlxalq Kitab sərgi-yarmarkasındakı çıxışında baş nazirin müavini Elçin Əfəndiyev deyib. Onun sözlərinə görə, kitab bütün sahələrin inkişafında mühüm rol oynayır və belə bir sərginin keçirilməsi təqdirəlayiqdir. “Kitab bəşəriyyətin ən böyük kəşfidir” deyən E.Əfəndiyev artıq ənənə halını alan beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycan kitabları, Azərbaycan yazarları dünyaya özlərini tanıtmaq imkanı qazanırlar: “Bu istiqamətdə mübadilələr həyata keçirilir və bu da nailiyyətlər əldə etməyə səbəb olur”. Qeyd edək ki, İkinci Bakı Beynəlxalq Kitab sərgi-yarmarkası sentyabrın 30-dək davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-4659.html