Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Aydın İsmiyev: “Yay turizm mövsümündə turizm obyektlərinə turist axını cəmi 50 gün təşkil edib”
29.09.11 02:08

Cari ilin yanvar ayından bu günədək ümumilikdə nazirlik tərəfindən 23 şirkətə turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilib. “KƏLAMİNFO” xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin rəhbəri Aydın İsmiyev deyib. Onun sözlərinə görə, yay turizm mövsümündə Azərbaycanın bölgələri üzrə yerləşdirmə obyektlərinin yüklənmə faizi və turistlərə təklif olunan xidmətlərlə qiymətlərin uyğunluğunun öyrənilməsi ilə bağlı nazirliyin mütəxəssisləri şimal, şimal-qərb, cənub və qərb bölgələrinə həm yay mövsümü öncəsi, həm də mövsümün sonunda ezam olunmuş və ezamiyyənin yekunu olaraq, nazirliyin mütəxəssisləri bir sıra təhlillər aparıb. Təhlillər göstərir ki, Azərbaycanın şimal bölgəsi üzrə mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin yüklənmə faizi həftəarası 30-40 faiz, həftəsonu 100 faiz, şimal-qərb bölgəsi üzrə yüklənmə faizi həftəarası 30 faiz, həftəsonu 80 faiz və cənub bölgəsi üzrə yüklənmə faizi həftəarası 40 faiz, həftəsonu 100 faiz, qərb bölgəsi üzrə isə həftəarası 20-30 faiz, həftəsonu 80-90 faiz səviyyəsindədir: “Müşahidələrimizdən demək olar ki, yüksək dolma faizləri ilə fəaliyyət göstərən obyektlər düzgün iş quraraq, ya müvafiq şirkətlərlə müqavilə bağlayıb, ya da qiymətlərdə müəyyən endirim ediblər. Qiymətlərə gəldikdə, Şimal regionu üzrə 1 nəfər üçün qiymətlər 10-75 manat, Şimal-qərb regionu üzrə 15-80 manat, cənub regionu üçün 15-50 manat, qərb regionu üçün isə 10-50 manat arasında dəyişir. Yuxarıda qeyd olunan məbləğlərə səhər yeməyi, bir çox hallarda isə gündə 3 dəfə yemək daxildir. Cari yay turizm mövsümündə mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmətlərə gündə 3 dəfə yeməyi və digər əyləncələri (hovuz, sauna, fitness, ekskursiya və s.) daxil etməklə qiymətlər 1 nəfər üçün hesablanaraq turpaket formasında turistlərə təqdim olunur. Ümumilikdə götürdükdə, cari yay turizm mövsümündə qiymətlərin 15 faizədək ucuzlaşması müşahidə olunub”. A.İsmiyev bildirib ki, bu il yay turizm mövsümündə turizm obyektlərinə turist axını cəmi 50 gün təşkil edib və mövsüm ərzində respublika daxilində istirahət edənlərin sayı 167.959 nəfər, Azərbaycandan həmin dövr ərzində istirahətə gedənlərin sayı isə Azərbaycan Hava Yolları Şirkəti, “Turan Air” şirkəti və turizm şirkətlərinin məlumatına əsasən 34.617 nəfər təşkil edib.
URL / WWW
http://kelam.az/article/a-4655.html