Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əflatun Amaşov “Asiyada media əsri” mövzusunda keçirilən Dünya Konqresində çıxış edib
29.09.11 02:08

Tayvanın paytaxtı Taypeydə Beynəlxalq Mətbuat İnstitutunun “Asiyada media əsri” mövzusunda keçirdiyi Dünya Konqresi işini yekunlaşdırıb. Azərbaycanın media nümayəndələrinin qatıldıqları tədbirin ikinci günü Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib. MŞ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycanın xarakterik xüsusiyyətləri barədə məlumat verən Ə.Amaşov ölkəmizdə medianın özünəməxsus cəhətlərindən ətraflı söhbət açıb. O bildirib ki, rəhbəri olduğu qurumun başlıca missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsidir. Bununla yanaşı, Şura bəzi mühüm qanunvericilik təşəbbüsləri ilə də çıxış edib. Həmin təşəbbüslər içərisində diffamasiya ilə bağlı qanun layihəsinin hazırlanmasına toxunan Şura sədri layihənin ölkə parlamentinə təqdim edildiyini və tezliklə qəbuluna inandığını deyib. Ə.Amaşov Azərbaycanda kütləvi informasiya vasitələrinin məhkəmələrlə üzləşmələrindən söhbət açaraq bildirib ki, MŞ-nin fəaliyyəti mövcud istiqamətdə göstəricilərin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olub. Hazırda ölkədə jurnalistlərin məhkəmələrlə üzləşmələrinə gətirə biləcək əksər məsələlər media müstəvisində - Mətbuat Şurasının müzakirələrində həllini tapır. Konqresin sessiyaları çərçivəsində aparılan diskussiyalarda jurnalist təhlükəsizliyinin müxtəlif aspektlərinə, yeni texnologiyaların KİV-də tətbiqinə, yeni medianın xarakterik cəhətlərinə, medianın böhranlı situasiyalarda biznes strukturu kimi qalması yollarının müəyyənləşdirilməsinə və sair məsələlərə toxunulub.
URL / WWW
http://kelam.az/article/a-4651.html