Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Metyu Brayza: “Münaqişənin hərbi yolla həll olunması gündəmdə yoxdur”
28.09.11 20:08

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla nizamlanması barədə bu gün heç kim danışmır, hərbi yol mümkün deyil və heç vaxt da mümkün olmayacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Azərbaycandakı səfiri Metyu Brayza bildirib. O qeyd edib ki, indi əvvəlki qədər münaqişənin hərbi yolla həlli barədə bəyanatları eşitmir. M.Brayza bunu müsbət bir inkişaf kimi hesab edir. “Mən Azərbaycanda olduğum müddətdə buradakı rəsmilərlə apardığım çoxsaylı görüşlərdən belə bir qənaətə gəlmişəm ki, Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasına çox ciddi yanaşır” - deyə M.Brayza vurğulayıb. Səfir deyib ki, bu gün əsas tapşırıq baza prinsiplərinin yekunlaşdırılmasıdır ki, bu da özlüyündə mümkünsüz bir iş deyil. “Bu, həyata keçiriləcək bir variantdır. Bir daha xatırladıram ki, münaqişənin hərbi yolla həll olunması kimi bir variant gündəmdə yoxdur” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4650.html