Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Allahşükür Paşazadə: “Barak Obama da kilsəni ziyarət etdiyi kimi, məscidlərə getsə bu çox gözəl nümunə ola bilər”
28.09.11 14:05

Regionun əksər ölkələrindən fərqli olaraq Azərbaycan bütün dinlərin və mədəniyyətlərin cəmləşdiyi ölkəyə çevrilib. “KƏLAMİNFO” xəbər verir ki, bunları Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə ABŞ-ın Kaliforniya senatının qanunvericiliyindən ibarət nümayəndə heyəti ilə görüşündə bildirib. O, qeyd edib ki, Azərbaycan tolerantlıq və dinlərarası dialoqa nümunədir, burada müxtəlif dinlər birləşir. “Ölkədə bu əlaqələrin yaradılmasına ümummilli lider Heydər Əliyev təkan verib. Hazırda Azərbaycanda dövlət və din münasibətlərində böyük problemlərimiz yoxdur, kiçik məsələlər isə dialoqla həll olunur”,-deyə Bütün Qafqazın Şeyxi vurğulayıb. Şeyxülislam deyib ki, bu ölkə rəhbərliyinin bütün dinlərə eyni münasibət göstərməsindən irəli gəlir. “Cənab Obama da kilsəni ziyarət etdiyi kimi, ildə bir dəfə Qurban bayramında, ya iftar süfrələrində məscidlərə getsə, müsəlmanlarla birlikdə o tədbirlərdə iştirak etsə çox gözəl nümunə ola bilərdi”,-deyə o, əlavə edib. Görüşdə ABŞ nümayəndə heyətinin rəhbəri, senator Cozef Simitian bildirib ki, Azərbaycana səfərin əsas məqsədinin ölkədə müxtəlif dinlərin vahid mövcud olması, vahid məqsədlərə necə xidmət etməsinə nail olunmasının araşdırılmasıdır.
URL / WWW
http://kelam.az/article/a-4647.html