Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Yeni nəsil: sərhədsiz məsuliyyət” adlı Beynəlxalq Gənclər Forumu öz işinə başlayıb
27.09.11 14:03

Bu gün Bakıda, “Park İnn” otelində “Yeni nəsil: sərhədsiz məsuliyyət” adlı Beynəlxalq Gənclər Forumu öz işinə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, forumda gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, tədbirdə mədəniyyətlərarası dialoq, gənclər səviyyəsində xalqlar, millətlər arasında dözümlülük, gənclərin mövcud konfliktlərin aradan qaldırılmasında rolu, gənclərlə iş sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, yaşlı nəslin nümayəndələri bir-birini yaxşı tanıyır və forum iki ölkənin gənclərinin biri-birini yaxşı tanıması üçün şərait yaradacaq. “Bizdə deyirlər ki, yaxın qonşu uzaq qohumdan yaxşıdır. Bu səbəbdən, iki qonşu ölkənin gənclərinin yaxın təması vacibdir”,-deyə P.Bülbüloğlu vurğulayıb. Prezidenti Administrasiyasının şöbə müdiri Elnur Aslanov bildirib ki, forumun əsas məqsədi gənclərin Qafqazdakı problemlər və əldə olunan nailiyyətlərlə bağlı fikir mübadiləsi aparmasıdır. Onun sözlərinə görə, tədbir çərçivəsində bölgənin siyasi, iqtisadi, ekoloji durumu müzakirə ediləcək. “Əsas məqsəd gənclər arasında müəyyən bağlılığın, tellərin qurulmasıdır. 120 gəncin tədbirdə iştirakı gözəl ənənədir”,-deyə o, əlavə edib. Qeyd edək ki, Forumda azərbaycanlı gənclərlə bərabər Rusiya Federasiyasının Şimali Qafqaz regionunu təmsil edən ictimai fəal gənclərin, tələbələr, aspirantlar, gənc alimlər və gənclərlə işləyən dövlət orqanları, hökumət nümayəndələri, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı gözlənilir. Bununla yanaşı, yaradıcı və istedadlı gənclər də tədbirə qatılacaq. Ümumilikdə isə tədbirdə 120-dən çox gəncin iştirakı nəzərdə tutulub. Forum sabah da davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-4645.html