Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda “Müstəqil Azərbaycan 20 ildə” sərgisi keçirilir
27.09.11 14:03

Bu gün “Bakı Ekspo” Mərkəzdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycan 20 ildə” adlı milli sərgi açılıb. “KƏLAMİNFO” xəbər verir ki, sərgidə 130-dan çox müəssisə, təşkilat və şirkət iştirak edir. Ümumi sahəsi 11 min kv. metr olan sərgidə Azərbaycanın son 20 ildə qazandığı uğurlar, o cümlədən ölkəmizin sənaye, yanacaq-energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, turizm, tikinti, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdəki nailiyyətləri nümayiş olunur. Sərgidə, həmçinin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını əks etdirən eksponatlar da təqdim edilir. Qeyd edək ki, sərginin açılışında dövlət başçısı İlham Əliyev də iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-4644.html