Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Qafqaz Universitetində Beynəlxalq Keyfiyyət Akademiyasının prezidenti ilə görüş keçirildi
14.12.09 20:22

Bu gün Qafqaz Universitetində Azərbaycanda səfərdə olan Beynəlxalq Keyfiyyət Akademiyasının prezidenti Qreqori Vatsonla görüş keçirildi. KƏLAMİNFO xəbər verir ki, görüşdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç bildirdi ki, qonaq ali təhsil ocağında üç günlük seminar aparacaq. Seminarda Azərbaycanda fəaliyyət göstərən 20-dən artıq şirkətin menecerləri və rəhbərlərinin iştirak edəcəyini diqqətə çatdıran A.Saniç qeyd etdi ki, ilk dəfə keçirilən bu seminar davamlı olacaq. Azərbaycan səfər etdiyi 50-ci ölkə olduğunu vurğulayan Q.Vatson burada “Keyfiyyət strategiyası-kreativ ideyalardan effektiv idarəetməyə doğru” mövzusunda seminar aparacağını söylədi. Qırx ildən artıqdır ki, bu istiqamətdə fəaliyyət göstərdiyini söyləyən qonaq seminarda şirkət nümayəndələrinə keyfiyyətin əldə olunması mexanizmlərinin dərinliklərini öyrədəcəyini vurğuladı. Onun sözlərinə görə, seminar şirkətin idarə olunması üçün mühüm əhəmiyyət kəsb edir. Dünyanın 48 ölkəsinin aparıcı məsləhətçisi olduğunu qeyd edən Q.Vatson növbəti seminarların Qazaxıstan, Özbəkistan və digər ölkələrdə təşkil olunacağını bildirdi. Qafqaz Universiteti ilə bağlı təəssüratını bölüşən qonaq buradakı təhsilin yüksək səviyyədə olduğunu söylədi. Görüşdə qeyd olundu ki, Q.Vatson dünya maliyyə böhranı zamanı ən çox tələb olunan ekspert olub. Qeyd edək ki, görüşdə qonağa Heydər Əliyev Fondu tərəfindən hazırlanan Azərbaycan muğamlarından ibarət albom, disk, Heydər Əliyev Atatürkdən bəhs edən kitab hədiyyə edildi.
URL / WWW
http://kelam.az/article/a-464.html