Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda Gənclər Fondunun yaradılması ilə bağlı təkliflər Prezidentə təqdim olunacaq
27.09.11 22:43

Azərbaycanda Gənclər Fondunun yaradılması ilə bağlı təkliflər artıq hazırdır. Təkliflər yaxın günlərdə Azərbaycan prezidenti İlham Əliyevə təqdim olunacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib. Onun sözlərinə görə, hazırda Dövlət Gənclər Proqramının müxtəlif bəndləri üzrə işlər aparılır. “Beynəlxalq Gənclər Mərkəzinin yaradılması ilə bağlı artıq prezident tapşırıqlar verib. Digər bəndlər də reallaşdırılmağa başlanılıb. 2012-ci ilin yanvarından Dövlət Proqramı üzrə işlər daha səmərəli və sürətli aparılacaq. Bəzi məsələlər texniki hazırlıq tələb edir”,-deyə E.Aslanov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-4636.html