Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əli Həsənov: Azərbaycanda mətbuatla bağlı qanunvericilik Avropa standartlarının tələblərinə cavab verir
23.09.11 19:21

Hazırda Azərbaycanda 4500-ə yaxın müxtəlif tipli mətbuat orqanı fəaliyyət göstərir. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Ə.Həsənov qeyd edib ki, bura qəzetlər, TV-lər, jurnallar, elektron informasiya vasitələri, xəbər portalları və s. daxildir. PA-nın rəsmisi deyib ki, mətbuatın fəaliyyəti ilə bağlı Azərbaycanda qəbul olunmuş qanunvericilik Avropa standartlarının son tələblərinə cavab verir. “Azərbaycan postsovet məkanında azsaylı ölkələrdəndir ki, burada informasiya fəaliyyəti ilə məşğul olmaq üçün heç bir dövlət qurumunun icazəsinə ehtiyac yoxdur. Yeganə televiziya fəaliyyətidir ki, buna dövlət tərəfindən xüsusi lisenziya verilir. Buna baxmayaraq, Azərbaycan postsovet məkanında yeganə dövlətdir ki, bizdə Mətbuat və İnformasiya Nazirliyi yoxdur”,-deyə Ə.Həsənov vurğulayıb. O, 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən mətbuat üzərindəki senzuranın ləğv edildiyini bildirib. “Bu gün Azərbaycan mediası öz- özünü tənzimləmə strukturu yaradıb. Jurnalistlərin qurultayında yaradılan Mətbuat Şurasına jurnalistlər özləri sədr seçirlər”,-deyə PA rəsmisi vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-4635.html