Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Nyu-Yorkda bir sıra görüşlər keçirib
23.09.11 19:21

BMT Baş Assambleyasının 66-cı sessiyasının ümumi müzakirələrində iştirak etmək məqsədilə Nyu-Yorkda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir sıra ikitərəfli görüşlər keçirib. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, E.Məmmədyarov Şimali Kipr Türk Respublikasının prezidenti Dərviş Eroğlu, Türkiyənin Baş naziri R.T.Ərdoğan, Tuvalunun Baş naziri Villi Telavi, Böyük Britaniyanın xarici işlər üzrə dövlət naziri Lord Hovel, Bolqarıstanın xarici işlər naziri Nikolay Mladenov, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort və Ərəb Dövlətləri Liqasının Baş katibi Nəbil Əl Ərəbi ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti ilə yanaşı, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi və enerji sahələri, eyni zamanda qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir E.Məmmədyarov eyni zamanda, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında da iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-4634.html