Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilib
23.09.11 19:21

Nazirlər Kabineti “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Nazirlər Kabinetindən veriblər. Qərar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ölkə prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.14-cü bəndinə əsasən qəbul edilib. Qərara əsasən, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8-ci bəndində “daxil edilir” sözlərindən sonra “və ona dövlət büdcəsinin vəsaiti hesabına ümumi həkim stajına və ixtisas dərəcəsinə uyğun olaraq əməkhaqqı ödənilir ” sözləri əlavə edilib.
URL / WWW
http://kelam.az/article/a-4632.html