Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Obama Mahmud Abbası xəbərdar edib
23.09.11 06:03

ABŞ prezidenti Barak Obama Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbası xəbərdar edib ki, Birləşmiş Ştatlar BMT-nin Fələstinin müstəqilliyinin tanınması ilə bağlı qəbul etdiyi istənilən qərara veto qoyacaq. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Obama bunu Mahmud Abbasla görüşü zamanı deyib. Bundan öncə BMT-nin Baş Assambleyasının sessiyasında çıxışında Obama deyib ki, yalnız İsraillə Fələstin arasında birbaşa danışıqlar Fələstin dövlətinin yaranmasına gətirib çıxara bilər. Barak Obama həm də İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb və onu əmin edib ki, Vaşinqton tərəfindən dəstəklənirlər. İsrail Fələstinin müstəqilliklə bağlı təşəbbüsünə tamamilə qarşıdır. Mahmud Abbas BMT-nin Baş Assambleyasının sessiyasında beşinci günə nəzərdə tutulan çıxışında Fələstinin müstəqilliyinin tanınması ilə bağlı müraciət etmək niyyətindədir.
URL / WWW
http://kelam.az/article/a-4630.html