Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Ümumdünya Turizm Günü ölkəmizdə təntənəli şəkildə qeyd olunacaq
23.09.11 06:03

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda Turizm ili çərçivəsində Ümumdünya turizm gününün təntənəli qeyd olunması münasibətilə sentyabrın 27-də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, həmin gün saat 10:00-da “Kempinski Hotel Badamdar” mehmanxanasında “Ümumrespublika Daxili Turizm Konfransı”, 10:00-dan 19:00-dək “Dənizkənarı milli parkda əl sənətkarlığı nümunələri sərgisi” və saat 19:00-da “Dənizkənarı milli parkda” konsert proqramının təşkil olunması planlaşdırılıb. Qeyd edək ki, Ümudünya Turizm Günü münasibəti ilə ölkə muzeylərində açıq qapı günü də elan olunub.
URL / WWW
http://kelam.az/article/a-4629.html