Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycan korrupsiyaya qarşı mübarizə ilə bağlı regional seminara qatılıb
23.09.11 06:03

Bu gün Batumidə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Avropa Komissiyasının dəstəyi ilə “Korrupsiyanın aradan qaldırılmasında və effektivliyin gücləndirilməsində dövlət orqanlarında xidmətlərin göstərilməsinin rolu” mövzusuna həsr olunmuş regional seminar işə başlayıb. Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin əməkdaşı Zaur Qəmbərovun təmsil etdiyi tədbir çərçivəsində dövlət orqanlarında xidmətlərin göstərilməsində səmərəli üsullar müzakirə olunur. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Seminarda xidmətlərin göstərilməsinin yaxşılaşdırılmasında və korrupsiyanın qarşısının alınmasında əsas meyar kimi informasiya-kommunikasiya texnologiyalarına xüsusi diqqət yetiriləcək. Tədbir iştirakçıları regionun digər ölkələrində dövlət orqanlarında xidmətlərin, o cümlədən elektron xidmətlərin göstərilməsi ilə bağlı vəziyyətlə tanış ola, bu istiqamətdə öz fikirlərini bölüşə, eləcə də işgüzar əlaqələr qura və faydalı təcrübə əldə etmək imkanından yararlana bilərlər. Tədbir sentyabrın 24-dək davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-4626.html