Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev Həmid Kərzaiyə başsağlığı verib
23.09.11 06:02

Prezident İlham Əliyev Əfqanıstan prezidenti Həmid Kərzaiyə başsağlığı məktubu göndərib. “KƏLAMİNFO” xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Əfqanıstanın Ali Sülh Şurasının Sədri, ölkənizin keçmiş Prezidenti, görkəmli dövlət xadimi Burhanuddin Rəbbaninin terror aktı nəticəsində həlak olması xəbəri bizi olduqca kədərləndirdi. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”
URL / WWW
http://kelam.az/article/a-4625.html