Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Eurovision” qalibi prezidentlik iddiasındadır
22.09.11 02:45

Azərbaycan tamaşaçısının “Eurovision” mahnı yarışması haqqında o qədər də ətraflı məlumatı olmadığı 1970-ci ildə müsabiqənin qalibi olmuş irlandiyalı Dana Rosemari Skallon prezidentliyə namizədliyini irəli sürüb və bu posta iddiası böyükdür. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, Skallon qalib olandan 20 il sonra 1990-cı ildə siyasətə qoşulub və bu namizədlik onun ölkədə keçirilən prezident seçkilərində ikinci cəhdidir. Namizədlər arasında 3-cü yeri tutan məşhur sonralar nə sənətindən vaz keçib, nə də ki, siyasətdən. Qeyd edək ki, “All kinds of everything” mahnısı ilə “Eurovision–1970”in qalibi olan Dana Rosemari Skallon 1999-cu ildə Avropa Parlamentinin üzvü də olub. Xatırladaq ki, məşhur ulduzun da qoşulduğu İrlandiya prezident seçkiləri cari ilin oktyabrın 27-də baş tutacaq.
URL / WWW
http://kelam.az/article/a-4623.html