Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Obama Liviyanı beynəlxalq ictimaiyyətə nümunə adlandırıb
22.09.11 02:45

BMT Baş Assambleyasının illik sessiyasında ABŞ prezidenti Barak Obama çıxışını Liviya xalqına dəstək nümayiş etdirməklə başlayıb. O, Prezident Administrasiyasının azad, demokratik və parlaq gələcək quran Liviya xalqına dəstək verəcəyini deyib. ABŞ dövlət başçısı Liviya xalqının televiziya, radio, qəzet, şəxsi bloqlar və ictimai yerlərdə səsini ucaltdığını, siyasi partiyalar və vətəndaş cəmiyyəti yaratdığını, öz universal hüquqlarını müdafiə etdiyini vurğulayıb. «KƏLAMİNFO» Qərb xəbər agentliklərinə istinadən xəbər verir ki, prezident bildirib ki, Liviyanın azadlığı Liviya xalqına-tanklar, silahlı qüvvələr qarşısına çıxan qadın, kişi və uşağa məxsusdur. ABŞ dövlət başçısı ədalətsizliyə qarşı mübarizədə birlik nümayiş etdirən Liviyanı beynəlxalq ictimaiyyətə nümunə adlandırıb. O deyib ki, dünyada baş verən ədalətsizliklərə hər zaman müdaxilə etmək mümkün olmur. “Lakin günahsız insanların qətlə yetirilməsinə yol verməmək üçün birliyə ehtiyac var. Bu dəfə fərqli idi, biz cəsarətimizi toplayıb, bərabər hərəkət etdik” - deyə Barak Obama sözünə davam edib. “Köhnə rejimlərin terror kampaniyaları, demokratiyaya hədələri bizi birləşmiş millətlər kimi sanksiyalar, embarqolar və qətnamələr qəbul etməyə vadar etdi”.
URL / WWW
http://kelam.az/article/a-4620.html