Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Almaniyada orta məktəbi kafi qiymətlərlə bitirən şagirdlər üçün hazırlıq kursları təşkil olunacaq
21.09.11 20:45

Almaniyanın Qızıl Aypara Cəmiyyətinin Jerixover Land regional təşkilatının sədri Jana Linzenburq Maqdeburq şəhərində yaşayan azərbaycanlı ailələrlə görüşlərə start verib. Bu barədə “KƏLAMİNFO”ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Birinci görüşdə Linzenburq həmvətənlərimizə orta məktəbi bitirdikdən sonra Almaniyanın ali məktəblərinə daxil olunması yollarını izah edərək, onlara ali məktəblərə daxil olduqları günə kimi köməklik göstərəcəyini bildirib. Qeyd edək ki, bu layihənin reallaşdırılmasına dair razılıq Sakhsen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan mədəniyyət cəmiyyətinin sədri Yaşar Millnitts Niftəliyevin Qızıl Aypara Cəmiyyətinin Jerixover Land regional təşkilatının sədri Jana Linzenburqla 13 sentyabr görüşündə əldə olunub. Görüşdə Yaşar Millnitts Niftəliyev Maqdeburqda yaşayan, orta məktəbi kafi qiymətlərlə bitirmiş azərbaycanlı şagirdlər üçün ali məktəbə hazırlıq kurslarının təşkil olunması təşəbbüsü ilə çıxış edib.
URL / WWW
http://kelam.az/article/a-4619.html