Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Rosbalt”: Ağdam şəhərinin qalıqlarını qədim yunan xarabalıqlarından fərqləndirmək olmur
21.09.11 20:45

Rusiyanın «Rosbalt» nəşri işğal altında olan Dağlıq Qarabağdakı vəziyyətlə bağlı reportaj dərc edib. Məqalədə qeyd edilir ki, Dağlıq Qarabağda dağıntıların miqyasını hətta hər tərəfi bürüyən yaşıllıq da gizlədə bilmir. Dağlarda bir çox kənd daş yığınından ibarətdir və kimsəsiz yerləri xatırladır. Ağdam şəhərinin qalıqlarını isə qədim yunan xarabalıqlarından fərqləndirmək olmur. Fərqi yalnız vurulmuş zirehli döyüş maşınlarının qırıqlarında görmək olar. Dağlar arasında xüsusi troslar qoyulub və bu, qarşı tərəfin aviasiyasının uçuşunun qarşısını almaq üçün edilib. Bir çox kənddə su təchizatı və suvarma ilə bağlı ciddi problemlər var. Müharibə onların hamısını sıradan çıxarıb. Ən ciddi problem kimi demoqrafiya göstərilir. Əhalini burada saxlamaq üçün həddən artıq şirnikləndirici vədlər verilir. Bu yaxınlarda isə erməni mənşəli rusiyalı milyarder Levon Ayrapetyan 700 gəncin toyunu təşkil edib. İşğal olunmuş torpaqlardakı qondarma yerli idarəetmə orqanlarının hesablamalarına görə, gələcəkdə burada əhalinin sayını 150 minə çatdırmaq planı var.
URL / WWW
http://kelam.az/article/a-4617.html