Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident “Şimal” ES-in ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma mərasimində iştirak edib
22.09.11 03:45

Prezident İlham Əliyev Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən “Şimal” elektrik stansiyasının 409 meqavat gücündə ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma mərasimində iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyevə məlumat verilib ki, ikinci buxar-qaz enerji qurğusu Azərbaycan Respublikasının 2005-ci il 14 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Kredit Sazişi əsasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) dövlət zəmanətli krediti hesabına inşa ediləcək. Dövlət başçısı layihənin baş planı, buxar-qaz qurğusunun sxemi və soyutma suyunun qəbuledici sisteminin stendinə baxıb. Məlumat verilib ki, “Şimal” elektrik stansiyasının sahəsi 68 hektar, ikinci buxar-qaz enerji qurğusunun tikiləcəyi ərazi isə 12 hektardır. Qeyd edilib ki, tikinti işlərinə ötən il dekabrın 10-da baş podratçılar Yaponiyanın “Toyo Engineering Corporation” və Azərbaycanın “Azenco” Açıq Səhmdar Cəmiyyəti konsorsiumu ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış müqavilə əsasında başlanıb. Tikinti işləri 2013-cü ilin sonunda başa çatdırılacaq. Sonra Azərbaycan Prezidenti metal gilizi bünövrəyə buraxıb və beton qarışığı tökən qurğunu işə salıb. Prezident İlham Əliyev inşaatçılarla görüşüb.
URL / WWW
http://kelam.az/article/a-4614.html