Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Turizmin inkişafı media müstəvisində” mövzusunda Dəyirmi masa keçirilib
20.09.11 23:43

Bu gün Azərbaycan Mətbuat Şurasının inzibati binasında Mədəniyyət və Turizm Nazirliyi ilə birgə “Turizmin inkişafı media müstəvisində” mövzusunda Dəyirmi masa keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu günə qədər ölkədə turizmin inkişafı ilə bağlı üç dövlət proqramı hazırlanıb. O, qeyd edib ki, Azərbaycan dövləti turizm sektorunda fəaliyyət göstərən müəssisələrin qeyri-dövlət obyektləri kimi fəaliyyətində maraqlıdır. “Dəfələrlə bildirmişəm ki, Azərbaycanda turizm sənayesində çalışanlar “kabab turizmi”ndən əl çəkməlidirlər. İnkişaf etməkdə olan turizm sənayesində yeni xidmətlər təklif olunmalıdır. Biz bu istiqamətdə öz işimizi görürük.Yəni turizmin inkişafı bir nazirdən, insandan və ya şirkətdən asılı deyil. Ölkədə çoxtərəfli inkişafın özü də turizmin inkişafına stimul yaradır”-deyə Ə.Qarayev vurğulayıb. Nazir tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, 2006-cı ildə Azərbaycan muzeylərinə 1 milyon 22 min ziyarətçi gəlmişdirsə, 2010-cu ildə bu rəqəm 1 milyon 589 min olub. O, nəqliyyat sferasında görülən işlərin də turizmin inkişafı üçün əhəmiyyətli rol oynadığını bildirib. “Paytaxtda və bölgələrdə xidmət peşəkarlığının artırılması məqsədilə tədrislə bağlı işlərə də başlanacaq. Kolleclərdə turizmə dair tədris bölmələri açılacaq”-deyə o, əlavə edib. Toplantıda Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, il ərzində turizmlə bağlı KİV-də hazırlanan materialların 34 faizi reportaj, 30 faizi isə analitik xarakterli yazılar olub. Tədbirdə ölkənin bir sıra media rəhbərləri müxtəlif təkliflərlə çıxış ediblər.
URL / WWW
http://kelam.az/article/a-4612.html