Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » ADA-nın magistraturasına sənəd vermiş bakalavrlar imtahanın ilk mərhələsini dekabrın 19-da verəcəklər
15.12.09 03:22

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Respublika ali məktəblərinin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və Azərbaycan Diplomatik Akademiyasının magistraturasına sənəd vermiş bakalavrlar üçün imtahanın ilk mərhələsi barədə məlumat yayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Məlumatda bildirilir ki, imtahanın birinci mərhələsinin dekabrın 19-da keçiriləcək. İmtahanda iştirak etmək üçün bakalavrlar sabahdan etibarən öz elektron ərizələrinə daxil olaraq birinci mərhələ üçün "İmtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Bakalavrlar “İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyəti təsdiq edən sənədi imtahana mütləq gətirməlidirlər.
URL / WWW
http://kelam.az/article/a-461.html