Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ Silahlı Qüvvələrində cinsi azlıqlar sərbəst şəkildə xidmət edə biləcəklər
20.09.11 23:43

Bu gündən artıq ABŞ Silahlı Qüvvələrində cinsi azlıqlar sərbəst şəkildə xidmət edə biləcəklər. Belə ki, sentyabrın 20-dən etibarən onların orduda xidmət etməsini qadağan edən qanun qüvvədən düşmüş hesab edilib. «KƏLAMİNFO» «Bloomberg»ə istinadən xəbər verir ki, bundan sonra cinsi azlıqlara məxsus olduqları bəlli olan hərbçiləri ordudan avtomatik qova bilməyəcəklər. Pentaqon rəsmiləri yeni siyasətin mahiyyətini belə izah ediblər ki, qadağa 1993-cü ildən qüvvədə olub. Həmin qadağaya görə, seksual oriyentasiyalarını gizlədən hərbçilər orduda xidmət edə bilərdilər. Eyni cinsdən olanların nikahı isə silahlı qüvvələrdə əvvəlki tək tanınmayacaq. Adıçəkilən qanuna ABŞ prezidenti Barak Obama 2011-ci ilin iyulunda imza atıb, dekabrda isə Konqres onu təsdiq edib. Cinsi azlıqların orduda xidmət etməsini qadağan edən qanunun ləğvi ABŞ prezidentinin seçkiqabağı proqramının əsas bəndlərindən idi.
URL / WWW
http://kelam.az/article/a-4605.html