Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Nazir: “Nabrandakı mövcud vəziyyət məni tamamilə qane etmir”
20.09.11 22:43

“Artıq neçə müddətdir Azərbaycanın turizm bölgəsi kimi tanınan Nabrandakı mövcud vəziyyət məni tamamilə qane etmir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir qeyd edir ki, son yoxlamalar nəticəsində Nabrandakı turistik vəziyyət istər sanitar cəhətdən, istərsə də digər cəhətlərinə görə heç bir standarta cavab vermir. “Mən bununla bağlı artıq göstərişlər vermişəm və müvafiq tədbirlər görülür” - deyə Ə.Qarayev vurğulayıb. Nazir bildirib ki, ölkədəki əksər turizm mərkəzləri çalışmalıdırlar ki, müasir dünya standartlarına uyğun xidmət göstərsinlər. “Bu gün dünyada etik turizm kodeksi var ki, təəssüflər olsun bizdə ona əməl edilmir. Bizim turizm şirkətləri bunu nəzərə almalıdırlar” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4603.html