Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Əbülfəs Qarayev: Azərbaycana gələn turistlərin sayında 9 faiz artım olub
21.09.11 03:43

Bu ilin 6 ayı ərzində ötən illə müqayisədə Azərbaycana gələn turistlərin sayında 9 faiz artım olub. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Bu il ölkəyə gələn turistlərin sayı 1 mln.-u keçib. Ə.Qarayev deyib ki, gələn il Azərbaycanda keçiriləcək “Avroviziya” mahnı müsabiqəsi ilə bağlı turizm şirkətləri artıq öz paketlərini formalaşdırırlar. “Biz yeni mehmanxanaların açılışına hazırlaşırıq. Hazırda qiymət siyasəti ətrafında müzakirələr gedir. Gələn ayın ortasına kimi bununla bağlı konkret nəticələr açıqlanacaq” - deyə nazir vurğulayıb. Onun sözlərinə görə, “Avroviziya” ilə bağlı Azərbaycana gələcək qonaqların yerləşdirilməsi üçün vahid qərargah formalaşdırılacaq və bu qərargahın ünvanı Heydər Əliyev Fondu tərəfindən müəyyənləşdiriləcək.
URL / WWW
http://kelam.az/article/a-4602.html