Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisin payız sessiyasının ilk iclasının keçirilməsi planlaşdırılır
21.09.11 02:43

Sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk iclasının keçirilməsi planlaşdırılır. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib. Onun sözlərinə görə, artıq komitələr fəaliyyətə başlayıb və ötən günlərdə bir sıra komitələrin iclasları keçirilib. “Komitələr payız sessiyasının gündəliyinə daxil olan ayrı-ayrı qanun layihələrini müzakirə edir. Payız sessiyasının qanunvericilik işləri planı artıq hazırdır. Sessiya müddətində qanunvericilik təşəbbüsü əsasında müxtəlif qurumlardan parlamentə yeni layihələrin daxil olacağı da gözlənilir”,-deyə A.Təvəkküloğlu vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-4601.html