Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisin sədri Oqtay Əsədov Türkiyəyə gedir
21.09.11 03:43

Milli Məclisin sədri Oqtay Əsədovun başçılğı altında Azərbaycan nümayəndə heyəti sabahdan Türkiyədə səfərdə olacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında parlamentin mətbuat katibi Akif Təvəkküloğlu bildirib. O, qeyd edib ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Eldar İbrahimov, Əhliman Əmiraslanov, Sahibə Qafarova, Kamilə Əliyeva, Ülvi Quliyev, İqbal Ağazadə, Adil Əliyev, Hacı Salayev, Fazil Mustafa, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir. “Görüşlərdə ikitərəfli əlaqələrimizin bu günü və gələcək inkişaf perspektivləri, parlamentlər səviyyəsində münasibətlərin daha da dərinləşdirilməsi, regional münaqişələrin həlli yolları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq”,-deyə A.Təvəkküloğlu vurğulayıb. Nümayəndə heyəti həmçinin Türkiyə Böyük Millət Məclisində olacaq, türkiyəli həmkarları ilə görüşlər keçirəcəklər. Səfər çərçivəsində deputatlarımız Ankarada Heydər Əliyev parkında olacaq, ulu öndərin adını daşıyan məktəbin fəaliyyəti tanış olacaqlar.
URL / WWW
http://kelam.az/article/a-4600.html