Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının növbəti iclası keçiriləcək
14.12.09 20:22

Dekabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının növbəti iclası keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. İclasda Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabinetinin məsul şəxsləri, təhsil, kənd təsərrüfatı, səhiyyə, rabitə və informasiya texnologiyaları, müdafiə sənayesi, ekologiya və təbii sərvətlər, sənaye və energetika nazirləri, aparıcı ali məktəblərin rəhbərləri, AMEA Rəyasət Heyətinin üzvləri və başqaları iştirak edəcəklər. İclasda Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının həyata keçirilməsi, AMEA-da, respublikanın digər elmi-tədqiqat və ali təhsil müəssisələrində aparılan elmi tədqiqatların yekunlarına dair hesabatların aparılması, yüksəkixtisaslı elmi və elmi pedaqoji kadrların hazırlanması, elmin istiqamətləri üzrə problem şuralarının yeni tərkibinin təsdiq edilməsi haqqında məsələlər müzakirə olunacaq.
URL / WWW
http://kelam.az/article/a-460.html