Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Әrdoğan ABŞ-a səfər edəcək
19.09.11 21:33

Türkiyənin baş naziri Rәcəb Tayyıb Әrdoğan ABŞ prezidenti Barak Obamanın dәvәti ilə bu ölkəyə səfər edəcək. «KƏLAMİNFO» Türkiyə mətbuatına istinadən xəbər verir ki, Әrdoğanın adı çәkilәn ölkәdә keçirәcәyi görüşlәrdә gündәmә salınacaq әsas mәsәlә Türkiyә ilә İsrail arasındakı әlaqәlәr olacaq. Baş nazir Rәcәb Tayyıb Әrdoğan ABŞ sәfәri çәrçivәsindә Türkiyә ilә İsrail arasındakı әlaqәlәrin pozulmasından narahat olduğunu bildirәn BMT baş katibi Pan Qi Mun ilә sentyabrın 21-dә tәkbәtәk görüş keçirәcәk. Sentyabrın 22-dә isә BMT-nin ümumi şurasında Fәlәstinin müstәqil dövlәt kimi tanınmasının vacib olduğunu şәrh edәcәk, Orta Şərq, Liviya, Suriya, Kipr vә Afrikadakı aclıq, terror başda olmaqla bir çox mövzuda Türkiyәnin mövqeyini bütün dünyaya bir daha bildirәcәk. Әrdoğan İranın dövlәt başçısı Mahmud Әhmәdinejadla da bir araya gәlәcәk. Görüş zamanı PKK vә PJAK-a qarşı әmәliyyatlarda әmәkdaşlıq edilmәsi mövzusu ilә bağlı danışıqlar aparılacaq.
URL / WWW
http://kelam.az/article/a-4598.html