Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Rezidenturaya qəbul imtahanlarına ərizə qəbulu sabah başa çatır
20.09.11 02:33

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu sabah saat 10:00-da başa çatır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Ərizə qəbulu internet vasitəsi ilə bu qaydada aparılır: – Namizəd şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və "TQDK-nın ödəmə kartı"ndan (iş nömrəsi və şifrindən) istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizerezidentura) daxil olur və oradakı "Namizədin elektron ərizəsi" formasını doldurur. Namizəd ödəmə kartını virtual formada internet vasitəsilə və ya Azercell-in 7725 xidmətindən istifadə etməklə əldə edir. Bundan sonra namizəd tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib “Namizədin elektron ərizəsi” formasını təsdiq etdirir. Namizədlər “Namizədin elektron ərizəsi” formasını Azərbaycan Tibb Universitetində və TQDK-nın Regional bölmələrində (Naxçıvan MR, Gəncə, Şəki, Quba və Lənkəran şəhərlərində) yaradılmış SQK-da təsdiq etdirirlər. Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları “Namizədin elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da doldurur və təsdiq etdirirlər. Bu gün saat 12:00-dək 1005 namizəd elektron ərizə forması doldurub. Onlardan 926 nəfəri elektron ərizəsini SQK-da təsdiq etdirib.
URL / WWW
http://kelam.az/article/a-4597.html