Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bakıda beynəlxalq təhsil sərgisi keçiriləcək
19.09.11 21:33

Sentyabrın 24-25-i tarixlərində Bakıda növbəti beynəlxalq təhsil sərgisi açılacaq. “KƏLAMİNFO” xəbər verir ki, sərgidə Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, Şimali Kipr, Türkiyə, ABŞ, Avstriya, Malayziya, Yunanıstan, İspaniya və bir sıra başqa ölkələrin universitetləri iştirak edəcəklər. Ümumilikdə, sərgidə 12 ölkənin 50 ali təhsil ocağı təmsil olunacaq. Tələbələrə xaricdə sertifikatlaşdırılmış təhsil, MBA proqramları və dil kursları haqda ətraflı məlumatlar veriləcək. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər və s. məsələlərlə bağlı sualları cavablandıracaqlar. Qeyd edək ki, sərgi Türkiyənin məşhur “Akare International Education Fairs” şirkəti tərəfindən təşkil olunacaq. Sərgidə diplomatik korpus nümayəndələri və dövlət rəsmilərinin iştirakı da nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-4596.html