Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hidayət Orucov: Dinin siyasiləşdirilməsi bəzi ölkələrdə acı tendensiya xarakteri alıb
20.09.11 03:33

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzanı qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya DQİDK-dən veriblər. Görüşdə Dövlət Komitəsinin sədri Azərbaycanlıların milli-dini dözümlülük xarakterinin həm nəzəri, həm də həyati tərəflərinə şəxsən bələd olmağına şübhə etmədiyini qeyd edib. H.Orucov əlavə edib ki, ABŞ-ın ölkəmizdəki səfirləri ilə Dövlət Komitəsi arasında işgüzar münasibətlər ənənəsi mövcudur və bu davam etdiriləcək. Səfir Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğunu önə çəkib, belə bir siyasi seçimdə dövlətimizin və millətimizin sosial-iqtisadi islahatlar fonunda əldə etdiyi nailiyyətlərin, milli-dini xarakterindəki tolerantlıq ənənəsinin, hər cür ayrı-seçkiliyə “yox” demək iradəsinin malikliyinin əsas rol oynadığını vurğulayıb. “Azərbaycanla Amerika dost ölkələrdir. Mən bir səfir kimi bu mövqenin okeanın o tayında hamının diqqətinə çatdırmağa səy edəcəyəm”,-deyən M.Brayza əlavə edib ki, ABŞ dövlətinin strategiyasında belə bir fikir formalaşıb: “Dövlət-din münasibətlərində din siyasiləşdirilməməlidir. Bəzən Departament hesabat hazırlayarkən elə ifadələr işlədilir ki, bizim yerlərdəki fəaliyyətimizə mane olur. Səfir kimi məqsədim qurumlarımız arasında yaxşı və anlaşıqlı işgüzar münasibətlərə şərait yaratmaqdan ibarət olacaqdır”. H.Orucov əlavə edib ki, dinin siyasiləşdirilməsi bəzi ölkələrdə acı tendensiya xarakteri alıb. Bizim dövlət isə təriqətlərüstü və saf din siyasəti aparır. Qədim və humanist ənənələrə əsaslanan belə bir dünyəvilik prinsipinin qorunub saxlanmasında ulu öndər Heydər Əliyevin xüsusilə böyük xidmətləri olub. Bu gün Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir. H.Orucov bildirib ki, “Din dövlətdən ayrıdır” prinsipi Azərbaycanda sözün əsl mənasında yaşarlıdır: “XXI əsrdə dini ekstremizmə yol verilə bilməz. Terrorizmdə dindən dəstək almaq olmaz. Dinləri, xüsusilə də İslamı terrorizmdə günahlandırmaq isə ən azı ədalətsizlik və savadsızlıq kimi dəyərləndirilməlidir. Bu istiqamətdə amerikalı dostlarımızla biz həmfikirik”. Görüşdə insan hüquqları sahəsində əməkdaşlıqla bağlı tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadilələri aparılıb.
URL / WWW
http://kelam.az/article/a-4595.html