Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Bakıda Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin açılışında iştirak edib
20.09.11 03:33

Prezident İlham Əliyev sentyabrın 19-da Bakıda Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan Prezidenti musiqi məktəbinin rəmzi açılışını bildirən lenti kəsib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına məlumat verib ki, musiqi məktəbinin binasında əsaslı təmir işlərinə ötən ilin mayında başlanıb. Prezident İlham Əliyev binanın birinci mərtəbəsində yaradılmış muzeylə tanış olub. Burada yaradılmış stendlərdə ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə milli musiqimizin inkişafındakı xidmətlərini, eləcə də görkəmli bəstəkar Qara Qarayevin yaradıcılıq uğurlarını əks etdirən fotoşəkillər nümayiş etdirilir. Məktəbin foyesində dahi bəstəkarın barelyefi yaradılıb. Foyedə quraşdırılmış lövhələrdə Azərbaycan Prezidentinin xüsusi təqaüdünə layiq görülmüş gənc istedadların, eləcə də Qara Qarayevin tələbələrinin şəkilləri yer alıb. Dövlət başçısı tibb otağına, bufetə, sinif otaqlarına və imtahanların keçirilməsi üçün nəzərdə tutulmuş kiçik zala baxıb. İkinci mərtəbədə yaradılmış nəzəriyyə sinfi ilə tanışlıq zamanı bildirilib ki, musiqi məktəbləri arasında ilk dəfə olaraq burada quraşdırılmış interaktiv lövhə dərslərin yüksək səviyyədə keçilməsinə, notların yazılmasına, alətlərdən istifadə qaydalarının öyrənilməsinə imkan verəcək. Qeyd olunub ki, musiqi məktəbində caz sinfinin fəaliyyətə başlaması da nəzərdə tutulur. Məlumat verilib ki, binanın üçüncü mərtəbəsində geyim, qrim və sinif otaqları fəaliyyət göstərir. Dövlət başçısı dördüncü mərtəbədə binanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən fotostendə baxıb. Prezident İlham Əliyev bu mərtəbədəki konsert zalında məktəb şagirdinin ifasını dinləyib. Qeyd olunub ki, dördüncü mərtəbədə səsyazma studiyası və zərb alətləri sinfi də fəaliyyət göstərir. Dövlət başçısı görülmüş işləri yüksək qiymətləndirib.
URL / WWW
http://kelam.az/article/a-4594.html