Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Bakıda Fikrət Əmirovun xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib
20.09.11 03:33

Prezident İlham Əliyev bu gün Bakıda Fikrət Əmirov küçəsində görkəmli bəstəkarın xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan musiqi ictimaiyyətinin tanınmış nümayəndələri dövlət başçısını qarşılayıblar. Prezident İlham Əliyevə məlumat verilib ki, müəllifi əməkdar rəssam Namiq Dadaşov olan tuncdan hazırlanmış abidənin ümumi hündürlüyü 3,6 metrdir. Abidənin ətrafında park salınıb, abadlıq işləri aparılıb. Parkda çoxlu sayda ağac və gül kolları əkilib, müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılıb, burada istirahət üçün lazımi şərait yaradılıb. Prezident İlham Əliyev abidənin üzərindəki örtüyü götürüb. Dövlət başçısı abidənin önünə gül dəstəsi qoyub. Sonra Azərbaycan Prezidenti musiqi ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşüb. Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, SSRİ-nin xalq artisti, “Sevil” operasının ilk ifaçısı Firəngiz Əhmədova və görkəmli bəstəkar Fikrət Əmirovun oğlu Cəmil Əmirov dövlət başçısına Azərbaycan musiqi sənətinin inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür ediblər. Prezident İlham Əliyev musiqi ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirib, onlarla söhbət edib.
URL / WWW
http://kelam.az/article/a-4593.html