Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Avstriya prezidenti Azərbaycana gələcək
20.09.11 02:33

Avstriyanın federal prezidenti Haynz Fişer Azərbaycana rəsmi səfərə gələcək. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə Avstriyanın Azərbaycandakı səfiri Silviya Meyer-Kaybiç məlumat verib. Səfir bildirib ki, prezident Haynz Fişerin Azərbaycana səfəri oktyabrın 11-12-də baş tutacaq. Avstriyanın Azərbaycanda səfirliyinin 2010-cu ildə açıldığını xatırladan səfir qeyd edib ki, iki ölkə arasında təkcə iqtisadi sahədə deyil, digər sahələrdə, xüsusilə də mədəniyyət, turizm və təhsil sahəsində əməkdaşlıq mövcuddur. Silviya Mayer-Kaybic əlavə edib ki, Azərbaycanda telekommunikasiya sahəsi yüksək templə inkişaf edir: “Azərbaycan milli peykinin buraxılması layihəsinə böyük diqqətlə yanaşırıq. Bu, çox böyük layihədir. Bundan əlavə, elektron hökumətin tətbiqi bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Bu mövzu ilə bağlı sabah xüsusi müzakirə aparılacaq. Biz bu sahədə Azərbaycan tərəfi ilə bir çox məsələni müzakirə edəcəyik”.
URL / WWW
http://kelam.az/article/a-4592.html