Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bayram Səfərov: Dağlıq Qarabağda yalnız Azərbaycan qanunları əsasında seçkilər keçirilə bilər
17.09.11 14:51

“Dağlıq Qarabağda hər hansı qanuni seçki keçirilə bilməz. Qarabağ Azərbaycanın ərazisidir və orada seçkilər yalnız Azərbaycanın qanunları ilə baş tuta bilər”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri yap.org.az saytına açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov separatçı Dağlıq Qarabağ rejiminin “yerli özünüidarə orqanlarına seçkiləri” keçirmək haqqında qərarına münasibət bildirərkən deyib.B.Səfərov bildirib ki, beynəlxalq müstəvidə Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi qəbul olunur və bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Onun sözlərinə görə, qondarma rejim Ermənistanın dəstəyi ilə bu cür “seçki” oyunu təşkil edir. Amma artıq işğalçı dövlət də tükənmək üzrədir. “Ermənistanın iqtisadi göstəriciləri yoxdur və bu dövlət ilbəil tənəzzülə doğru gedir. Ona görə də, artıq separatçı Dağlıq Qarabağ rejiminə də yardım göstərə bilmirlər. Hazırda Dağlıq Qarabağda əhali qalmayıb, insanların əksəriyyəti vəziyyətin ağırlığı səbəbindən köçüb gedib. Qalanlar da dilənçi vəziyyətində yaşayırlar. Belə olan halda qondarma rejim nə “seçki” keçirə bilər? Burada yaşayan əhali yalnız Azərbaycan qanunları tətbiq olunandan sonra yaxşı yaşaya biləcəklər. Dünya birliyi Qarabağda yalnız Azərbaycan qanunları ilə keçirilən seçkiləri tanıya bilər”,- deyə o, vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-4589.html