Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Joao Suareş Bahar Muradovanın məktubuna cavab verib
17.09.11 14:51

ATƏT PA-nın xüsusi nümayəndəsi Joao Suareş 13 yaşlı Aygün Şahmalıyevin ölümü ilə bağlı vitse-spiker Bahar Muradovanın rəsmi məktubuna cavab verib. “KƏLAMİNFO” xəbər verir ki, Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova Tovuz rayonunun Əlibəyli kəndində 13 yaşlı Aygün Şahmalıyevanın erməni təxribatı nəticəsində ölümü ilə bağlı təşkilatın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareşə rəsmi məktubla müraciət etmişdi. Bu günlərdə xüsusi nümayəndə J.Suareş vitse-spikerin rəsmi məktubuna cavab verib. Məktubunda xüsusi nümayəndə bu hadisə ilə bağlı onu məlumatlandırdığı üçün B.Muradovaya təşəkkürünü bildirib və uşaqların belə faciəvi şəkildə həyatlarını itirməsinin hər zaman böyük sarsıntılara səbəb olduğunu vurğulayıb.Aygünün ailəsinə başsağlığı verən J.Suareş eyni zamanda, Dağlıq Qarabağ probleminin “dondurulmuş” münaqişə olmadığını vurğulayıb. J.Suareş hesab edir ki, nə qədər ki, bu münaqişə mövcuddur, bu kimi hadisələr də baş verir. J.Suareş məktubunda qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı insidentlərin birgə araşdırılması mexanizminin yaradılması məsələsinə dair razılığa gəlinmişdi. Və o, öz tərəfindən gələcəkdə bu məsələnin reallaşması üçün səy göstərəcəyini savab məktubunda bildirib. Xüsusi nümayəndə Azərbaycan parlamentinin vitse-spikerinin ona ünvanladığı məktubun surətini ATƏT-in fəaliyyətdə olan sədrinə də göndərib.
URL / WWW
http://kelam.az/article/a-4588.html