Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Polis Akademiyasının məzunları işlə təmin olundu
18.09.11 00:51

Bu gün Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunların Bakı BPİ-nin, həmçinin Nəqliyyatda Baş Polis İdarəsinin paytaxtda yerləşmiş orqan və hissələrində orta rəis heyəti vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya DİN-nin mətbuat xidmətindən veriblər. Daxili işlər naziri Ramil Usubov tədbirdə bu təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb, son illər həyata keçirilən bu yeniliyin artıq praktikada özünü doğrultduğunu, gənc əməkdaşlara lazımi diqqət və qayğının göstərilməsinin DİN rəhbərliyinin daim diqqət mərkəzində saxladığı məsələlərdən olduğunu vurğulayıb. DİN-nin Baş Kadrlar İdarəsinin rəisi İsmət Əliyev növbəti belə tədbirdə iştirak etmək məqsədilə nazirliyə 57 nəfərin dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib. Daha sonra təyinat püşkatma yolu ilə həyata keçirilib. Bu məqsədlə polisin orta rəis heyəti vəzifələrinə iddiaçılar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər. Tədbir iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayan, ekstremal hallarda müstəqil qərar qəbul edə bilmələrini, bilik və təcrübələrini, peşəkar və fiziki hazırlıq səviyyələrini artırmalarını, daim öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşlarla rəftarda son dərəcə nəzakətli olmalarını, vətənə, xalqa və xidməti borca daim sadiq qalmalarını tövsiyə edən nazir R.Usubov bildirib ki, gənc zabitlər qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, ölkəmizdə sabitliyin dönməzliyinə, cinayətkarlıqla qətiyyətli mübarizəyə öz töhfələrini verəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, onlara göstərilmiş etimadı doğruldacaqlar. Püşkatmada iştirak etmiş bütün şəxslər həmin gün daxili işlər nazirinin əmri ilə orta rəis heyətində müvafiq vəzifələrə təyin olunublar.
URL / WWW
http://kelam.az/article/a-4587.html