Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına yola düşür
18.09.11 02:51

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə sentyabrın 19-da Səudiyyə Ərəbistanına yola düşür. Səfərdə məqsəd Mədinə şəhərində sentyabrın 20-də keçiriləcək “Küfrün təzahürləri (səbəbləri, nəticələri, həlli yolları)” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, iki Müqəddəs Məscidin xadimi Kral Abdulla bin Əbdüləziz Al-Səudun himayəsi ilə Əmir Nayif bin Əbdüləziz Al-Səud adına Peyğəmbər sünnələri və müasir İslam tədqiqatları üzrə Beynəlxalq Mükafat Fondunun təşkilatçılığı ilə baş tutan bu mötəbər konfransa Şeyxülislam fəxri qonaq kimi dəvət olunub. QMİ sədrinin tədbirdə çıxış edəcəyi nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-4586.html