Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Ümumdünya Turizm Təşkilatının baş katibi Azərbaycana gələcək
17.09.11 14:51

24-28 oktyabr tarixlərində və 2012-ci ildə Ümumdünya Turizm Təşkilatı ekspertlərinin iştirakı ilə turizm statistikasının təkmilləşdirilməsi məqsədilə seminar keçiriləcək. “KƏLAMİNFO”ya Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, təşkilatla nazirlik arasında əməkdaşlığa dair iki illik proqram hazırlanaraq qəbul edilib. Həmin proqramda 2011-2012-ci illərdə Bakıda seminarlar keçirilməsi nəzərdə tutulub. Noyabr ayında isə nazirliyin dəvəti ilə Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin Azərbaycana səfəri nəzərdə tutulur. Qeyd edək ki, bu il Azərbaycanın turizm sahəsi üzrə fəaliyyət göstərən üç təşkilatı - Azərbaycan Turizm İnstitutu, Bakı Turizm İnformasiya Mərkəzi və Azərbaycan Turizm Assosiasiyası Ümumdünya Turizm Təşkilatına assosiativ üzv qəbul olunub.
URL / WWW
http://kelam.az/article/a-4585.html