Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Monteneqro prezidenti Artur Rasizadə ilə görüşüb
17.09.11 14:50

Azərbaycanda rəsmi səfərdə olan Monteneqro prezidenti Filip Vuyanoviç bu gün baş nazir Artur Rasizadə ilə görüşüb. “KƏLAMİNFO” xəbər verir ki, ali qonağı ölkəmizdə görməkdən məmnun olduğunu deyən baş nazir dövlətlərimiz arasında əlaqələrin bu səfərdən sonra daha da genişlənəcəyinə, eləcə də Azərbaycan-Monteneqro münasibətlərinin yeni mərhələyə yüksəlməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirib. Baş nazir Artur Rasizadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də Monteneqro prezidentinə ətraflı məlumat verib. Monteneqro prezidenti Filip Vuyanoviç regionun nüfuzlu dövləti olan Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduqlarını vurğulayıb. O, Bakıya səfərinin qarşılıqlı münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini söyləyib. Azərbaycan prezidenti İlham Əliyev ilə görüşünün səmərəli keçdiyini, bir sıra mühüm sənədlərin imzalandığını deyən qonaq iki dövlət arasında münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
URL / WWW
http://kelam.az/article/a-4583.html