Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Braziliyada 300 avtomobillik qəza
16.09.11 17:53

Braziliyanın San-Paulu şəhərinin kənarında avtomobil yolunda 300 avtomobilin qatıldığı qəza baş verib. «Ultimo Segundo» nəşri məlumat verir ki, yol qəzasına səbəb pis hava şəraiti olub. «KƏLAMİNFO»nun nəşrə istinadən yaydığı məlumatına görə, qəza kimyəvi vasitələr daşıyan yük maşınının sürücüsünün hərəkət qaydalarını pozması nəticəsində baş verib. Nəticədə o, yolun əks istiqamətinə keçərək buradan keçən maşınları əzib. Ardınca da avtomobillərin toqquşması yaşanıb. Güclü duman və mürəkkəb hava şəraiti, eləcə də sürətlə gələn avtomobillər bir-birinə dəyməyə başlayıb. Yerli polisin məlumatına görə, 220 maşının zədəsi ciddi zərər çəkib, 80 maşının isə yüngülcə zərər dəyib və şüşələri sınıb. Yük maşının sürücüsü həlak olub, 50 nəfər isə yaralanıb. Braziliya nəşri bildirir ki, belə miqyaslı qəza sonuncu dəfə 1977-ci ildə baş verib. O zaman 151 avtomobil toqquşmuş və 15 nəfər həlak olmuşdu.
URL / WWW
http://kelam.az/article/a-4581.html